AUT.AZ

Qayıtdı: İzdiham onu belə qarşıladı – FOTO

Avstraliyanın Brisben şəhərində keçirilən ATP 250 turnirinin tamaşaçıları 22 qat Böyük Dəbilqə çempionu, ispan tennisçi Rafael Nadalı yarışlara qayıtdığı üçün hərarətlə qarşılayıblar.

 Aut.az xəbər verir ki, 37 yaşlı ispan idmançı avstriyalı Dominik Timlə Brisbendə keçirilən turnirin ilk tur matçı üçün tribunadan çıxaraq meydançaya çıxanda stadionda olan azarkeşlər onu ayaq üstə gurultulu alqışlarla salamlayıblar.

Xatırladaq ki, Rafael Nadal 347 gündür rəsmi oyunlarda iştirak etmirdi. Nadal sol ayağındakı zədə səbəbindən ötən mövsümü demək olar ki, buraxıb.

Aut.az

 

Exit mobile version