AUT.AZ

Niyə Nadalın Federerlə rəqabəti Cokoviçlə qarşıdurmasından daha cəlbedici olub?

İspaniyalı tennisçi, “Böyük Dəbilqə”nin 22 qat qalibi Rafael Nadal onun isveçrəli Rocer Federerlə rəqabətinin niyə serb Novak Cokoviçlə qarşıdurmasından daha çox müzakirə edildiyi sualına cavab verib.

“Bunun bir neçə amil var. Bəzilərini sizə deməyəcəyəm, çünki bu, asan deyil və bu barədə danışmaq mənim işim deyil. Ancaq tennis baxımından hər şey aydındır.

Bu qarşıdurma çox radikal üslubların qarşıdurması idi. Rocer estetika, zəriflik və texnika baxımından mükəmməl idi. Çox yaxşı texnikam var, amma bu estetika ilə eyni deyil. Bunlar iki fərqli şeydir. Rocerin inanılmaz texnikası var idi və hər şeyi gözəl edirdi.

Tura qatılanda o, dünyada bir nömrə idi, sonra isə uzunsaçlı, güclü bədən quruluşlu rəqibi peyda oldu. Döyüşkənliyə qarşı zəriflik. Bu, xarakterlərin və üslubların unikal qarışığı idi. Turnirlərin ən vacib mərhələlərində birləşən bu amillər, bizim rəqabətimizi digər rəqabətlərdən daha cəlbedici etdi”,- Nadal deyib.

Aut.az

Exit mobile version