AUT.AZ

Dünyanın ən dəyərli klubları – “Forbes”in qiymətləndirməsi

“Real” dünyanın ən dəyərli futbol klubudur.

Aut.az xəbər veririk, “Forbes” jurnalının qiymətləndirməsinə görə  Madrid klubu 5 milyard 490 milyon avro dəyərindədir.

İlk 3-lüyə həmçinin “Mançester Yunayted” (5 milyard 427 milyon avro) və “Barselona” (4 milyard 984 milyon avro) daxil olub.

Sonrakı yerdə “Liverpul” (4 milyard 785 milyon avro), “Mançester Siti” (4 milyard 514 milyon avro), “Bavariya” (4 milyard 396 milyon avro), PSJ (3 milyard 808 milyon avro), “Çelsi” (2 milyard 804 milyon avro), “Tottenhem” (2 milyard 533 milyon avro) və “Arsenal” (2 milyard 44 milyon avro) qərarlaşıb.

Aut.az  

 

Exit mobile version