AUT.AZ

Bekhem Viktoriyanı “sancdı”: Fəhlə sinfidir – FOTO

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem sosial şəbəkədə həyat yoldaşını ələ salıb.

Aut.az xəbər verir ki, əvvəllər Viktoriya Bekhem sənədli filmin çəkilişi zamanı valideynlərinin fəhlə sinfindən olduğunu və həyatda çətinlik çəkdiyini bildirmişdi.

Devid çəkiliş prosesinə müdaxilə edərək həyat yoldaşını yalan danışmamağa çağırmışdı.

O, kamera qarşısında Viktoriyanı valideynlərinin bahalı avtomobili olduğunu etiraf etməyə məcbur etmişdi.

Bu hadisədən sonra Bekhem növbəti də Viktoriyaya söz atıb. O, Yeni il axşamı çəkilmiş ailə fotosunu sosial şəbəkədə paylaşaraq belə yazıb:

“The Ritz-də (lüks restoranlar şəbəkəsi – red.) Yeni il ərəfəsində adi gözəl nahar. Həyat yoldaşım fəhlə sinfidir. Qayınatam və qayınanam bizdən “Rolls-Royce”də ayrıldılar”.

Exit mobile version