AUT.AZ

ŞOK: “Red Bull”un yeni avtomobil qəza testindən keçmədi

 “Red Bull” komandası komandanın 2024-cü il mövsümünə hazırlaşdığı yeni RB20 şassisi FİA-nın qəza testindən keçməyib.

Aut.az xəbər verir ki, bu barədə “Motorsport Italia” məlumat yayıb.

Mənbənin sözlərinə görə, yeni şassi Beynəlxalq Avtomobil Federasiyasının ( FİA ) təşkil etdiyi kraş-testdən keçməyib . Burun eniş qurğusu zərbənin gücünü düzgün qəbul etməyib, nəticədə monokok zədələnib.

Bildirilir ki, Avstriya komandası avtomobilin çəkisini azaltmaq üçün risk etsə də, nəticə verməyib. Şassi dəyişdiriləcək və 2024-cü ilin əvvəlində təkrar qəza testindən keçəcək.

Həmçinin bildirilir ki, komandanın yeni RB20 avtomobilinin təqdimatı 2024-cü il fevralın 10-na planlaşdırılırdı, lakin indi vaxt fevralın 21-dən 23-dək keçiriləcək mövsümöncəsi sınaqlara yaxınlaşdırıla bilər. “Red Bull” yeni avtomobilin təqdimat tarixini hələ rəsmi olaraq açıqlamayıb.

Aut.az

Exit mobile version