AUT.AZ

Ronaldonun komandasının ÇL-dəki rəqibi bəlli oldu

Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Aut.az xəbər verir ki, bu mərhələdə komandalar şərq və qərb adlı iki zonaya bölünüblər.

Püşkün nəticəsinə əsasən, Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası bu ölkənin başqa bir təmsilçisi “Əl-Feyha” ilə üz-üzə gələcək.

Neymarın formasını geyindiyi “Əl-Hilal” isə İran klubu “Sepahan”la münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, mərhələnin ilk görüşləri 12-13 fevral tarixində, cavab matçları isə 1 həftə sonra baş tutacaq.

Asiya kuboku, 1/8 final

Qərb zonası

“Nasaf” (Özbəkistan) – “Əl-Ayn” (Birləşmiş Ərəb Əmirlikləri)

“Əl-Feyha” (Səudiyyə Ərəbistanı) – “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı)

“Sepahan” (İran) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)

“Navbahor” (Özbəkistan) – “Əl-İttihad” (Səudiyyə Ərəbistanı)

Şərq zonası

“Ceonbuk” (Cənubi Koreya) – “Pohanq” (Cənubi Koreya)

“Ulsan” (Cənubi Koreya) – “Vanfor Kofu” (Yaponiya)

“Şandunq Tayşan” (Çin) – “Kavasaki” (Yaponiya)

“Banqkok Yunayted” (Tayland) – “Yokohama” (Yaponiya)

Exit mobile version