AUT.AZ

Mirzovu məşqdən qovdu: Narazılığını evdə həyat yoldaşına et

“Pari Nijni Novqorod” klubunun baş məşqçisi Sergey Yuran “Neftçi”nin hücumçusu Reziuan Mirzovla münaqişəsindən danışıb.

Aut.az xəbər verir ki, Mirzov Yuranın rəhbərliyi altında  “Ximki”də oynayıb.

“Məşq prosesində o gördü ki, mən Sadıqovu CSKA-ya qarşı oynatmağı planlaşdırıram. Mirzov isə ilk dəqiqələrdən cinahda Bojenov və ya Lomovitskinin olmasını istəyirdi. İkitərəfli məşqdə müxtəlif kombinasiyalara baxdım. Həmişə demişəm ki, zarafatları və komandada xoş ab-havanı sevirəm, amma məşq prosesində yox. Və o, görünür, narazılığını göstərmək qərarına gəldi – qapını təpiklə vurdu.

Onu məşqdən qovdum. Çünki heç kimin özünü belə aparmağa haqqı yoxdur, hətta Mirzov da, İvanov da. Futbolçular baxır – sabah başqa biri belə edəcək.

Mən onu oyuna aparmadım. Sadıqov isə ilk hissədə meydana çıxıb qol vurdu, 4:2 hesablı qələbə qazandıq. Bu o deməkdir ki, mənim qərarım düzgün idi. Sonra, görünür, Mirzov səhv etdiyini başa düşdü və biz işimizi davam etdirdik.

Nəticə çıxardınsa, bu əladır. Narazılığınızı evdə – həyat yoldaşınıza, valideynlərinizə göstərə bilərsiniz, amma mənə ehtiyac yoxdur. Mən belə şeyləri qətiyyətlə boğuram”, – Yuran “Championat”a müsahibəsində deyib.

Aut.az

 

Exit mobile version