AUT.AZ

Bütün heyvanlar bərabərdir: Karlsen rusiyalının ittihamlarına cavab verdi

16-cı dünya çempionu, dünya reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen rusiyalı qrossmeyster Yan Nepomnyaşinin ittihamlarına cavab verib.

Aut.az xəbər verir ki, Yan Karlsenin əlavə imtiyazlara sahib olduğunu iddia etmişdi:

“Bildiyiniz kimi, bütün heyvanlar bərabərdir, lakin bəziləri daha bərabərdir. Heç kimin imkanı olmayanda Maqnus Karlsenə noutbukda oyna hazırlaşa biləcəyi istirahət otağı vermək ədalətlidirmi?”.

“Bu il təşkilatçılar aydınlaşdırdılar ki, turlar arasında fasilələr zamanı yanınızda noutbuk ola bilməz. Məndə də yoxdur. Əvvəlki illərdə mənim noutbuka qismən çıxışım var idi, lakin ondan hər vaxt yararlandığımı düşünmürəm”, – NRK Karlsendən sitat gətirib.

Xatırladaq ki, Karlsen və Nepomnyaşin Səmərqənddə keçirilən rapid və blits üzrə dünya çempionatında iştirak edirlər.

Aut.az

Exit mobile version