AUT.AZ

“Arsenal” istəyirdi, “Liverpul” da qoşuldu

“Liverpul” “Sportinq”in və Portuqaliya millisinin mərkəz müdafiəçisi Qonsalo İnasionun transferi ilə bağlı danışıqlarda irəliləyişə nail olub.

Aut.az xəbər verir ki mersisaydlılar 22 yaşlı futbolçunun transferi uğrunda mübarizədə “Arsenal”a ciddi rəqabət göstərmək niyyətindədirlər. Buna görə Portuqaliya təmsilçisinə və Qonsaloya sərfəli təklif göndərməyi planlaşdırırlar.

“Real”, PSJ, “Mançester Yunayted” və “Tottenhem” müdafiəçini izləməyə davam edir.

Bu mövsüm İnasio “Sportinq”in heyətində bütün turnirlərdə 23 oyun keçirib və 3 qol vurub. Futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Aut.az 

Exit mobile version