AUT.AZ

FİDE qeydiyyat qaydalarına mühüm dəyişiklik etdi

Beynəlxalq Şahmat Federasiyasının ( FIDE ) Şurası turnirlərin qeydiyyat proseduruna yenidən baxıb.

Aut.az xəbər verir ki, FİDE-nin yeni qaydalarına əsasən, reytinqi 2700-dən yuxarı olan ən azı bir şahmatçının iştirak edəcəyi turnir yarışın startın ən geci 30 gün qalmış qeydiyyatdan keçməlidir. Əks halda, turnirin başlamasına üç gün qalmış FİDE sədri onu qeydiyyatdan keçirməkdən imtina edə bilər. Dəyişikliklər dekabrın 25-dən qüvvəyə minib.

“Reytinq turnirləri ərazisində keçirilən regional federasiya tərəfindən əvvəlcədən qeydiyyatdan keçməlidir ki, bu federasiya nəticələr və reytinq haqlarının verilməsinə cavabdeh olacaq. Şura əlavə olaraq bu hüquq və vəzifələri birdən çox olmayan federasiya daxilində muxtar ərazini təmsil edən filial təşkilatlarına həvalə edə bilər”, – FİDE-nin press-relizində deyilir.

Aut.az

Exit mobile version