AUT.AZ

“Sumqayıt”ın futbolçusu əməliyyat olundu

“Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev əməliyyat olunub.

Aut.az xəbər verir ki, sağ dizdə zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duymuş futbolçumuzun əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu keçib.

Vüqar Mustafayevin iki ay içərisində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.

Exit mobile version