AUT.AZ

“Neftçi” dən darmadağın

Əvəzedicilər Liqasında 18-ci tura yekun vurulub.

Aut.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

Lider “Neftçi-2” bu dəfə “Kəpəz”in əvəzedicilərinə böyük hesabla qalib gəlib. “Zirə” ilə “Qarabağ”ın əvəzedicilərinin oyununda isə qalib müəyyənləşməyib.

Əvəzedicilər Liqası
18-ci tur

25 dekabr

“Zirə-2” – “Qarabağ-2” 1:1
Qollar: Xəqani Sadıxov, 88 – Nihad Quliyev, 38.
“ASK Arena”, 14:00.

“Neftçi-2” – “Kəpəz-2” 4:0
Qollar: Elcan Əbilov, 6; 60. Aşqin Abazərov, 45+1. İbrahim Novruzov, 68.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Turun digər oyunları:

“Qəbələ-2” – “Sabah-2” 2:0
“Sumqayıt-2” – “Səbail-2” 2:1
“Turan Tovuz-2” – “Araz Naxçıvan-2” 1:2

Exit mobile version