“Qarabağ”ın qapıçısı Andrey Lunyevin agenti Anton Smirnov UEFA-nın versiyasına görə rusiyalının Avropa Liqasının ən yaxşı 5 qapıçısı sırasına daxil edilməsini şərh edib.
“Düşünürəm ki, Andrey bu cür reytinqlərə sakit yanaşır. Uğurlarınızın qeyd olunması hər bir futbolçu kimi, yəqin ki, xoşdur. Amma o, bundan böyük nəticə çıxarmır. Bu reytinq bütün qrup mərhələsindəki oyunu xarakterizə edir. Deməzdim ki, seyvlərin reytinqi birbaşa obyektivdir, çünki birinci yeri pley-offa vəsiqə qazana bilməyən “Aris”in qapıçısı tutur. Andreyin hər oyunda seyvləri olub. Bu uğuru qiymətləndirmək çətindir. Mən pafossuz danışıram – sadəcə qeyd etmək lazımdır.
Birincisi, hazırda avrokuboklarda çoxlu rusiyalı futbolçu çıxış etmir. Bu, bütün ölkə üçün böyük bir məqamdır. Azarkeşlər bunu qeyd etməlidir. Onların Rusiyada kimi dəstəkləməsi önəmli deyil. Belə olan halda Lunyev rus qapıçılar məktəbini və rus futbolunu tərənnüm edir. Bu, hətta Rusiyadan bəzi futbolçularımızın transferləri üçün də müsbət təkan rolunu oynayır.
İkincisi, Andrey altı oyunun hamısını əla keçirdi. Hətta “Bayer”ə 1:5 hesabı ilə uduzduğumuz oyunu da. Bütün oyunlarda Andrey yeddi və daha yuxarı xal aldı. “Molde” ilə matçda Lunyev üç sadəcə valehedici seyv etdi. Andrey 85 dəqiqə ərzində “Bayer”dən bir qol belə buraxmayan yeganə qapıçıdır. “Bayer” isə bu mövsüm artıq 25 oyun keçirib. Bütün bunları qeyd etməmək çətindir. Bu, Andreyin “Qarabağ”a keçmək baxımından düzgün seçim etdiyini göstərir. Azərbaycan elə səviyyədir ki, Avropa yarışlarında oynamaqla özünü sübut edə bilərsən. Yalnız müsbət emosiyalar var.
Lunyev qrup mərhələsindəki çıxışı ilə bütün tənqidlərə cavab verdi. “Bayer”dən “Qarabağ”a keçdiyi üçün bizi hər zaman amansız tənqid edirdilər. Deyirdilər ki, “Bu nə komandadır, “Qarabağ” nədir?” Buyurun, “Qarabağ” bu komandadır: Artıq 10 ildir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının Avropa qrup mərhələsində şıxış edir. Bu mövsüm ilk dəfə pley-offa yüksəliblər. Mən şadam ki, Andreyin bu uğurda əli var”, – Smirnov “Çempionat”ın müxbiri Yeqor Kabakla söhbətində deyib.
Aut.az