Dünya futbolu

“Qarabağ”ın rəqibi kubokda qələbə qazandı

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya Kubokunda III tur oyununa çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda “Nasyonal”la qarşılaşıb. 4 qolun vurulduğu matçda “Braqa” qələbə qazanıb – 3:1.

“Qarabağ” pley-off mərhələsində Portuqaliya təmsilçisi ilə 2024-ün fevralın 15-də səfərdə, bir həftə sonra isə Bakıda qarşılaşacaq.