AUT.AZ

İlham Əliyev tanınmış idmançıya ev hədiyyə etdi

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.

Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu il də idmançılarımızı sevindirib. Prezident İlham Əliyev bir qrup şəxsi Prezidentinin fəxri diplomu, “Tərəqqi” medalı və fəxri adı verib. İdman ictimaiyyətinin 29 nümayəndəsinə isə mənzil verilib.

Mənzillə təmin edilən idmançılardan biri də Nəzərəliyev Sabir Nəzərəli oğlu olub. Həndbol üzrə milli komandanın kapitanı, idman ustası, “Bakı” klubunun oyunçusu olub. Görüş zamanı evin sənədləri idmançıya təqdim edilib.

Exit mobile version