Üzərində Messinin şəkilləri olan qutulardan kokain çıxdı – FOTO
Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Rusiyanın qara bazarında kokain satmağı planlaşdıran iki şəxsi saxlayıb.
Aut.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Saxlanılanlar argentinalı futbolçu, dünya çempionu Lionel Messinin təsvirləri olan qutularda narkotik vasitə daşıyırmışlar.
Ümumilikdə 673 kq kokain müsadirə edilib. Rusiyanın qara bazarında belə bir həcmin dəyəri 2,5 milyarddan 6,5 milyard rubla qədər qiymətləndirilir.
Narkotikləri daşıyan şəxslər nəzarətə götürülüb. “Onların vəzifəsi əvvəllər ölkəmizə gətirilən xüsusilə böyük partiya kokainin Moskvada qəbul edilməsi, həmçinin narkotiklərin sonradan Avropa İttifaqı ölkələrinə qaçaqmalçılıq yolu ilə daşınması idi”, – Rusiya FSB bildirib.

Aut.az
