AUT.AZ

Təhlil edildi: Muani o zərbəni belə vursaydı… – FOTO

Fransa millisinin hücumçusu Randal Kolot Muaninin DÇ-2022-nin finalında əlavə vaxtda əldən verdiyi qol şansının 3D proyeksiyasından istifadə edilərək təhlili təqdim edilib.

Aut.az xəbər verir ki, təhlili nüfuzlu “L`Equipe” nəşri aparıb.

Xatırladaq ki, hücumçu Argentina millisinin qapıçısı Emiliano Martineslə təkbətək qalsa da, şansdan yararlana bilməyib. Martines topu qaytarıb.

Təhlil məlumatlarına əsasən belə çıxır ki, fransız forvard Argentinanın qapısının yaxın küncünə zərbə endirməli imiş.

Fransa üçün müsbət nəticə üçün başqa bir variant Kolo Muani ilə paralel olan hücumçu Kilian Mbappeyə ötürmə etmək olardı.

Xatırladaq ki, düz bir il əvvəl, 2022-ci il dekabrın 18-də Qətərdə dünya çempionatının final oyunu baş tutub. Argentina və Fransa milliləri arasında keçirilən finalın əsas və əlavə vaxtı 3:3 hesabı ilə bitib. Penaltilər seriyasında isə argentinalılar daha güclü olub – 4:2.

 

Exit mobile version