Messidən DÇ-dəki qələbənin ildönümü ilə bağlı paylaşım: Ömür boyu…
Düz bir il əvvəl, 2022-ci il dekabrın 18-də Argentina yığması Dünya Kubokunu qazanıb.
Qətərdə keçirilən dünya çempionatının finalında argentinalılar Fransa yığmasına qalib gəlib. Final oyununun əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyası 4:2 hesabı ilə Argentina yığmasının xeyrinə başa çatıb.
Aut.az xəbər verir ki, argentinalıların kapitanı Lionel Messi möhtəşəm qələbənin ildönümündə sosial şəbəkələrdə paylaşım edib.
“Karyeramda nə gözəl və ağlasığmaz il. Ömür boyu davam edəcək unudulmaz xatirələr. Hər kəsin yubileyi mübarək!” – deyə 36 yaşlı Messi yazıb.
Argentina 1986-cı ildən sonra ilk dəfə Dünya Kubokunu qazanıb.
Aut.az
