AUT.AZ

Hələ də buna inana bilmir: Qeyri-real görünür

Argentinanın baş məşqçisi Lionel Skaloni millinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qazandığı qələbə ilə bağlı xatirələrini bölüşüb.

Aut.az xəbər verir ki, o, bu uğurun təkrarlanacağına ümid etdiyini bildirib:

“Leo Messinin kuboku başı üzərində qaldırması tarixi bir andır. Mən həqiqətən ümid edirəm ki, bu yenidən baş verəcək. Amma bəzən mənə elə gəlir ki, bunların heç biri real deyil. Hər şey qeyri-real görünür.

Əgər 4-5 il əvvələ qayıtsaq, işə yeni başladığımız zaman, içində olduğumuz vəziyyəti nəzərə alsaq, bu zəfəri təsəvvür etmək çətin idi. Futbol mədəniyyətimizə və sahib olduğumuz keçmişə inansaq da, Dünya Kubokunu qazanmaq olduqca çətin olsa da, biz bunu bacardıq”,

Qeyd edək ki, DÇ-2022-nin finalında Fransanı (3:3, 4:2 – penaltilər) məğlub edən Argentina 36 illik fasilədən sonra ilk dəfə dünya çempionatında qızıl medal qazanıb.

Exit mobile version