AUT.AZ

Vurmaq yox, üzünə tüpürmək istəyirmiş

“Rizəspor”la oyunda (1:1) hakimi döyən “Ankaragücü”nün  prezidenti Faruk Koca həbs olunduqdan sonra hadisəyə münasibət bildirib.

“Mənə qoyulan ittihamı başa düşdüm. Mən artıq bu məsələ ilə bağlı prokurorluğa və hüquq-mühafizə orqanlarına ifadə vermişəm. Orada dediklərimi bir-bir təkrarlayacağam. Mənə qarşı irəli sürülən ittihamları qətiyyən qəbul etmirəm.

Bu insident hakimin səhv qərarları və qızışdırıcı davranışı səbəbindən baş verib. Məqsədim hər şeyi şifahi olaraq hakimə çatdırmaq, üzünə tüpürmək idi. Bununla belə, onun üzünə vurdum. Amma mənim zərbəm sınığa səbəb olmayıb. Mənim zərbəmdən sonra hakim təxminən 5-10 saniyə dayandı və sonra qəfil yerə yıxıldı. Halım pisləşdiyi üçün məni dərhal hadisə  yerindən uzaqlaşdırdılar. Bundan sonra baş verənlərdən xəbərim yoxdur. Deyə biləcəyim tək şey budur”, – deyə “TRT Haber” telekanalı Kocadan sitat gətirib.

Aut.az

Exit mobile version