AUT.AZ

Türkiyə klubunda gürcüstanlı baş məşqçi

Türkiyənin “Karagümrük” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşib.

Aut.az xəbər verir ki, komandanın çalışdırıcısı Alparslan Erdem istefaya göndərilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Karagümrük”də baş məşqçi postuna Şota Arveladze gətirilib.

Komanda çempionatda 15 turdan sonra 17 xalla 11-ci sıradadır.

Exit mobile version