AUT.AZ

“Sivasspor” səfərdə qələbə qazandı

Türkiyə Super Liqasında 15-ci tura yekun vurulub.

Aut.az xəbər verir ki, son gündə iki görüş baş tutub.

“Ankaragücü” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Konyaspor” – “Sivasspor” matçının taleyini isə bir qol həll edib. Meydan sahibləri bu oyunda məğlub olublar.

Hazırda “Fənərbaxça” və “Qalatasaray” 40 xalla liderlik uğrunda mübarizə aparırlar. 29 xalı olan “Kayserispor” isə üçüncü yerdə qərarlaşıb. “Trabzonspor” və “Beşiktaş” 26, “Adana Dəmirspor” ilə “Antalyaspor” 23 xal toplayıblar.

Türkiyə Super Liqası
15-ci tur

8 dekabr

Qalatasaray – Adana Dəmirspor 3:1
Qollar: Boey, 22. K.Aktürkoğlu, 29. M.İkardi, 90+4-pen – M.Nyanq, 45+4-pen.

9 dekabr

Antalyaspor – Fatih Karagümrük 2:1
Qollar: V.Sarı, 7. A.Buksa, 13 – G.Yalçın, 42.

Samsunspor – Kasımpaşa 4:2
Qollar: M.Mondulmaci, 11; 22. E.Kılınç, 60. O.Ntçam, 75 – Y.Özcan, 90+1. Da Kosta, 90+5.

Beşiktaş – Fənərbaxça 1:3
Qollar: A.Çembrleyn, 24-pen – E.Dzeko, 10. D.Tadiç, 63-pen. S.Şimanski, 90+6.

10 dekabr

İstanbulspor – Alanyaspor 0:1
Qollar: Novaiş, 89-pen.

Başakşəhər – Hatayspor 1:0
Qollar: M.Abeyd, 11.

Kayserispor – Pendikspor 2:0
Qollar: M.Tiam, 61. S.Bahoken, 90+1.

Qaziantep – Trabzonspor 1:3
Qollar: Draquş, 80 – M.Trezeqe, 48; 76. A.Bakasetas, 59.

11 dekabr

Ankaragücü – Rizəspor 1:1
Qollar: Morutan, 14 – Qaiç, 90+7.

Konyaspor – Sivasspor 0:1
Qol: Njie, 15.

Exit mobile version