AUT.AZ

Hakimi vuran prezident saxlanılıdı

Türkiyəli FİFA referisi Halil Umut Melerə zərbə endirən “Ankaragücü” prezidenti Faruk Koca saxlanılıb.

Aut.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ötən gecə etdiyi hərəkətdən sonra özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılan Koca evə buraxılan kimi polis tərəfindən götürülüb. Onunla birlikdə hakimi təpikləyən daha 2 nəfər ədliyyəyə aparılıb.

Tezliklə məhkəmənin onlarla bağlı həbs qərarı çıxarcağı bildirilir.

Exit mobile version