AUT.AZ

Ərdoğan döyülən hakimə zəng etdi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxanada olan futbol hakimi Halil Umut Melerlə telefonla danışıb.

Aut.az xəbər verir ki,  Ərdoğan ədalət təmsilçisinin tezliklə sağalmasını arzulayıb.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya da 37 yaşlı referini ziyarət edib.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

 

Exit mobile version