AUT.AZ

“Beşiktaş” bu 5 futbolçunu heyətdən uzaqlaşdırdı

Türkiyənin “Beşiktaş” klubu 5 futbolçunu zəif oyuna görə komandadan kənarlaşdırıb.

Aut.az xəbər verir ki, bu barədə “Beşiktaş”ın mətbuat xidməti məlumat yayıb.

“Əsas komandanın beş oyunçusu heyətdən çıxarılıb. Futbol komandalarının baş koordinatoru Səməd Aybaba Vinsent Abubakar, Valentin Roze, Erik Bayi, Rəşid Qezzal və Jan Onananın komandadakı zəif performans və uyğunsuzluq səbəbindən heyətdən kənarlaşdırıldığını açıqladı. Biz heyətin yenidən qurulması üzərində işləməyə davam edirik”, – deyə klubun saytında bildirilir.

Türkiyə çempionatının 15 turundan sonra “Beşiktaş”ın 26 xalı var. İstanbul komandası lider “Fənərbaxça”dan 14 xal geri qalaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. İstanbul komandası Konfrans Liqasında 5 oyundan bir xal toplayaraq qrupdan çıxmaq şansını itirib.

Aut.az

Exit mobile version