Dünya futbolu

Messini məlumatlandırdı: Qalıram

Lionel Skaloni Argentina yığmasının baş məşqçi postunda qalacağı ilə bağlı Messini məlumatlandırıb.

Aut.az xəbər veririk, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Esteban Edul məlumat yayıb.

Bundan əvvəl DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunun Braziliya ilə oyunundan (1:0) sonra Skaloni millidəki gələcəyi ilə bağlı şübhələrini dilə gətirmişdi. Mütəxəssis eyni zamanda komanda oyunçuları və federasiya prezidenti ilə əla münasibətlərinin olduğunu vurğulamışdı.

45 yaşlı mütəxəssis 2018-ci ilin avqustunda Argentina millisini çalışdırır. Onun rəhbərliyi altında Argentina Amerika kuboku-2021 və DÇ-2022-nin qalibi olub.

Aut.az