AUT.AZ

Məşhur Bakıda aldığı mükafatı azarkeşinə verdi – FOTOLAR

Bakıda “Formula 1″in illik Qala mərasimi keçirilib.

Aut.az xəbər verir ki. tədbirdə pilotlara və avtoidman yarışlarının iştirakçılarına müxtəlif mükafatlar təqdim edilib.

Britaniyalı pilot Lyuis Hemiltonun adı mükafatçılar sırasında olub. O, ötən ilin üçüncü pilotu seçilib. Ancaq ingilis sürücü mükafatı götürməyərək onu sosial şəbəkələrdə danışdığı və fanatı olan Nihad Nəsirli adlı azarkeşə verib.

“Dünən Qala mərasimində idim. Lyuis Hemilton bu mükafatı mənə verdi və getdi. İndi mükafat mənim evimdədir”, – deyə Nəsirli X sosial şəbəkəsində (keçmiş “Twitter”) fotolar paylaşaraq yazıb.

Exit mobile version