AUT.AZ

FİFA 3 sifariş alıb – ABŞ və Meksika yenə də…  

Dekabrın 8-də ABŞ və Meksika 2027-ci ildə qadınlar arasında keçiriləcək dünya çempionatına birgə ev sahibliyi etmək üçün FİFA-ya təklif təqdim edib.

Aut.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bu ölkələr qalib gəlsələr, kişilər arasında dünya çempionatına ev sahibliyi etdikdən bir il sonra qadınların da turnirini qəbul edəcəklər.

Cümə günü ölkələrin qadınların turnirinə ev sahibliyi etmək istəyini bildirə biləcəyi son gün idi. Bundan əvvəl Belçika, Almaniya və Hollandiya təşkilata birgə müraciət etmişdi.

Braziliya da ötən ay FİFA-ya ərizə təqdim edib.

Cənubi Afrika da 2027-ci ildə qadınlar arasında Dünya Kubokunu təşkil etməyə iddialılar arasında idi. Afrika ölkəsi də əvvəllər FİFA-ya ərizə təqdim etsə də, sonra onu geri götürüb.

FİFA fevral ayında müraciət edən ölkələrə yoxlama səfərləri təşkil edəcək. Təşkilatın may ayında keçiriləcək konqresində ev sahibi ölkə ilə bağlı qərar verilməlidir.

Bu il turnirə Avstraliya və Yeni Zelandiya birgə ev sahibliyi edib.

Aut.az

Exit mobile version