AUT.AZ

“Səbail”in futbolçusu əməliyyat olundu

“Səbail”in futbolçusu Süleyman Əhmədov əməliyyat olunub.

Aut.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Premyer Liqanın XV turunda “Araz-Naxçıvan”la (1:1) keçirilən oyundan əvvəlki məşqlərin birində zədələnən yarımmüdafiəçi bu gün Türkiyənin İstanbul şəhərində tanınmış cərrah Prof.Dr. Berkin Tokey tərəfindən uğurlu əməliyyat keçirib.

S.Əhmədovun 2 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

Exit mobile version