“Nyukasl” almaq istəyir, amma “Arsenal” elə qiymət oxuyur ki…
“Nyukasl”ın rəhbərliyi və məşqçilər korpusu “Arsenal”ın qapıçısı Aaron Ramsdeyl almaqda maraqlıdırlar, lakin London klubunun tələb etdiyi məbləği ödəməyə hazır deyillər.
Aut.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Mənbənin məlumatına görə, “topçular” 25 yaşlı qolkiperin transfer dəyərini 50 milyon funt sterlinq (58 milyon avro) qiymətləndirsə də, “sağsağanlar” bunu çox yüksək hesab edir.
Ramsdeylin özünün də Eddi Hounun komandasına keçmək arzusunu ifadə etdiyi vurğulanır.
Xatırladaq ki, daha əvvəl mətbuatda “Nyukasl”ın hazırda klubsuz olan “Mançester Yunayted”in keçmiş qapıçısı David de Xeanı da transfer etmək variantını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.
Aut.az
