AUT.AZ

Qışda keçirilən DÇ-2022-dən danışdı: Bunu təkrar etmək ağılsızlıq olar

UEFA prezidenti Aleksandr Çeferin maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, sloveniyalı funksioner dünya çempionatının qışda keçirilməsi təcrübəsinin futbola fayda vermədiyini bildirib.

“Biz ayrı-seçkiliyin və sui-istifadənin bütün formaları ilə mübarizə aparmaq üçün əlimizdən gələni edirik. Amma heç kim turnirdən şəxsi və ya siyasi maraqları üçün istifadə etməməlidir. Mən bir şeyə əminəm, qışda keçirilən dünya kuboku futbol üçün yaxşı olmadı və bunu təkrar etmək ağılsızlıq olar. Bu, matç cədvəlində həddən artıq yüklənmə yaradır.”

Xatırladaq ki, 2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilib. 2026-cı il dünya çempionatına üç ölkə – ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Turnirin final mərhələsi 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.

Exit mobile version