“Leypsiq”in yetirməsinin ölüm səbəbi bəlli oldu
Almaniyanın “Yan Regensburq” klubunun futbolçusu, “RB Leypsiq”in yetirməsi olan 25 yaşlı cinah oyunçusu Aqemanq Diavuzinin ölüm səbəbi məlum olub.
Aut.az xəbər verir ki, bu barədə “Aussiedlerbote” klubdakı mənbəyə istinadən məlumat yayıb.
Diavuzinin viral infeksiyanın səbəb olduğu güman edilən ürək problemlərindən öldüyü bildirilir. Xüsusilə, futbolçuda miokardit (ürək əzələsinin, miokardın zədələnməsi) inkişaf edib.
Noyabrın 4-də baş tutan son oyununda Diavuzi 39-cu dəqiqədə əvəzlənib. Bundan sonra o, tənəffüs problemlərindən şikayətlənib. Lakin bu xəstəliyin futbolçunun sonrakı ölümü ilə bağlı olub-olmadığı məlum deyil.
Bu mövsüm Diavuzi daxili çempionatda “Yahn Regensburq”un heyətində 12 oyun keçirmişdi.
Aut.az
