AUT.AZ

Musa Qurbanlı Dubayda belə dincəlir – FOTOLAR

Azərbaycan millisinin və “Yurqorden”in hücumçusu Musa Qurbanlı İsveçdəki mövsümlərarası fasilədən istirahət edir.

Aut.az xəbər verir ki, 21 yaşlı forvard Bakıya gələrək ailəsini ziyarət etdikdən sonra BƏƏ-nin paytaxtı Dubaya yollanıb. Musa istirahətindən fotolarını “Instagram” hesabında paylaşıb.

Qeyd edək ki, Qurbanlı yayda transfer olunduğu “Yurqorden”in heyətində ümumilikdə 17 oyun keçirib. Onun aktivində cəmi 3 qol və 1 asist var. Musanın komandası isə İsveç çempionatındq mövsümü 4-cü pillədə başa vurub.

Exit mobile version