AUT.AZ

Almaniya dünya çempionu oldu

FIFA U-17 dünya kubokunun final oyununda Almaniya Fransaya qalib gəlib.

Aut.az xəbər verir ki, turnir İndoneziyada baş tutub.

Almaniya təmsilçisi qarşılaşma boyu hesabda ikiqat üstünlüyə malik olsa da, matç bərabərə bitib – 2:2. Penaltilər seriyasında Almaniya rəqibindən güclü olub – 4:3.

Çempionatın bürünc mükafatçısı Mali komandası olub. Üçüncü yer uğrunda görüşdə malililər Argentina yığmasını məğlub edib (3:0).

Qeyd edək ki, Gənclər arasında keçirilən dünya kubokunda 24 komanda iştirak edib. 2019-cu ildə Braziliya komandası turnirin qalibi olub. Almaniya üçün isə bu kubok ilk olub.

Exit mobile version