AUT.AZ

Mbappe onları hədələyib: Sizi öldürəcəyəm

Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandes DÇ-2022-nin finalında fransalı hücumçu Kilian Mbappe ilə mübahisəsindən danışıb.

“Onun mənə dediklərini xatırlayıram. Qol vurduqdan sonra biz sevinirdik. O, “sizi öldürəcəyəm” kimi jestlər göstərirdi. Bizə finalda qalib gələcəklərini söylədi.

O, mənimlə tutaşdı, səbəbini də bilmirəm. Amma məni qoruyan bir əsgərim var. Kristian Romero dəlidir. Biz qol vuranda o, Mbappenin üstünə qışqırmağa başladı”, – deyə Fernandes “TyC Sports”a bildirib.

Dünya çempionatının finalında Argentina Fransaya qalib gəlib (3:3, pen. 4:2).

Aut.az

 

Exit mobile version