AUT.AZ

Sirləri açdı: Messi Qətərdə…

Argentina millisinin baş məşqçisi Lionel Skaloni açıqlama verib.

Aut.az xəbər verir ki, o, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında əldə edilən uğurun milli komandanın kapitanı Lionel Messi.üçün nə qədər vacib olub:

“Hamı deyir ki, dünya çempionatı istənilən oyunçu üçün ən vacib şeydir. Messiyə Dünya Çempionatında sadəcə qələbə  lazım idi. Qətərdə Leo ürəyi ilə oynadı. Belə hallarda onu sadəcə dayandırmaq olmaz. Düşünürəm ki, o, millidə oynamağa davam edə bilər. Ancaq son qərar yalnız onun olacaq. Leo istənilən mövqedə oynaya bilər, komanda yenə də onun ətrafında qurulacaq”.

Qeyd edək ki, DÇ-2022 Messi yeddi matçın hamısında iştirak edib. O, bu oyunlarda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. 36 yaşlı forvard turnirin ən yaxşı oyunçusu seçilib.

Exit mobile version