AUT.AZ

“Barsa”nın ÇL şansı – Sabiq kapitan deyir ki…

“Barselona”nın sabiq müdafiəçisi və kapitanı Karles Puyol keçmiş komandasının hazırkı Çempionlar Liqasını qazanmaq şanslarından danışıb.

“Düşünürəm ki, komanda böyüyür. Son çempionluğu qazandıqdan sonra “Barselona”nın özünə inamı daha çox olmalıdır. Aydın məsələdir ki, azarkeşlər Çempionlar Liqasında yaxşı oyuna ümid edirlər, amma orada böyük rəqabət var, çox yaxşı komandalar var, asan olmayacaq. Gözləyək, görək necə olur”, – Puyol “BALL Production” YouTube kanalında “Away” vloqunda bildirib.

“Barselona” hazırda 9 xalla H qrupunda birinci yerdədir və əlavə göstəricilərə görə “Portu”nu qabaqlayır. Bu dördlükdən hələ heç bir komanda pley-offa vəsiqəni təmin etməyib.

Puyol 15 il (1999-2014) “Barselona”da çıxış edib. Müdafiəçi “Barsa”nın heyətində 593 dəfə meydana çıxıb, 18 qol vurub, üç dəfə Çempionlar Liqasının qalibi olub.

Aut.az

Exit mobile version