AUT.AZ

“Alyans-Yuventus”da “İnter”in futbolçularının başına bu iş gəldi

“İnter”in futbolçuları “Yuventus”la oyundan (1:1) sonra “Alyans-Yuventus” stadionunda duş qəbul edə bilməyiblər.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, buna səbəb su təchizatı sisteminin sıradan çıxmasına səbəb olan nasosların nasazlığı olub. Buna görə də “İnter”in futbolçuları oyundan dərhal sonra Milana yollanıb.

A seriyasında turnir cədvəlinə 32 xala “İnter” başçılıq edir. “Yuventus” 30 xal toplayıb və ikinci pillədə qərarlaşıb.

Aut.az

Exit mobile version