AUT.AZ

Liqa 1-də tarixi rekord

Liqa 1-in 13-cü turunun matçında “Nitsa” “Tuluza”nı 1:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, 13 tur ərzində “qırmızı-qaralar” cəmi 4 qol buraxıb ki, bu da Avropanın top-10 liqasında ən yaxşı göstəricidir (ikinci yerdə 5 qol buraxan PSV-dir). Bu barədə “Opta Sports” məlumat yayıb.

Bundan əlavə, “Nitsa” cari Liqa 1 mövsümündə heç vaxt liderliyini itirməyib və Fransa yüksək divizionu tarixində mövsümün ilk 13 turunda heç vaxt liderliyi itirməyən ilk klub olub.

Aut.az

Exit mobile version