AUT.AZ

15 yaşında rekord qırdı, anası belə ağladı – FOTO

“Milan”ın futbolçusu Françesko Kamarda “Fiorentina” ilə oyunda debüt edərkən, valideynləri emosiyalarına hakim ola bilməyiblər.

Aut.az xəbər verir ki, “Milan” 1-0 öndə olarkən, baş məşqçi Pioli Kamardanı meydana buraxıb.

15 yaş 260 gündə debüt edən Françesko A Seriyasının ən gənc debütantı olub.

Bundan əvvəlki rekordçu Visdom Ami idi. 2021-ci ilin mayında “Boloniya”nın heyətində meydana çıxanda, o, 15 yaş 274 günlük idi.

Diktor Kamardanın adını çəkərkən stadionda alqış qopub. Bu vaxt onun valideynləri, xüsusən də anası göz yaşını saxlaya bilməyib.

Aut.az

Exit mobile version