AUT.AZ

Ən yaxşı azarkeşi olan klubun adını açıqladı: İnanılmazdılar

Joze Mourinyo “Roma” azarkeşlərini karyerasının ən yaxşısı adlandırıb.

Aut.az xəbər verir ki, portuqaliyalı çalışdığı bütün komandaların böyük azarkeşləri olduğunu, ancaq yalnız romalıların öz klublarını sona qədər dəstəklədiyini bildirib:

“Məndən tez-tez hansı komandanın ən yaxşı azarkeşləri olduğunu soruşurlar. “İnter”, “Real” və “Çelsi”də çox böyük azarkeşlərim var idi, amma “Roma” ən yaxşısıdır. Onlar “Leççe”yə 90-cı dəqiqədə uduzanda da komandaya inanmaqda davam etdilər. Praqadakı dəhşətli məğlubiyyətdən sonra stadion dolu idi. Bu insanlar sadəcə inanılmazdır”.

Exit mobile version