AUT.AZ

İstefa haqda düşünür: Xarakterimizi itirmişik

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri komandasının “Salernitana”ya 2:1 hesabı ilə uduzduğu oyunla bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Sarri Roma klubunun uğursuz nəticələri fonunda postunu tərk edə biləcəyini etiraf edib.

“Biz xarakteri və təşəbbüsü itirmişik. Birinci hissədə qol vurduqdan sonra 50 dəqiqə oyuna nəzarət etmək ümidi ilə meydançaya qayıtdıq, lakin bu, komanda olaraq performansımızı əks etdirmir.

Aydındır ki, nəsə çatışmır. Problemin məndə olduğuna əmin olsaydım, dərhal istefa verərdim. Düşünürəm ki, bu mövsüm futbolçularıma qarşı daha sərt davranmağa başlamışam.

Əgər yaxın bir neçə gün ərzində vəziyyəti təhlil etdikdən sonra baş verənlərin mənim günahım olduğunu başa düşsəm, o zaman bu barədə klub prezidenti ilə danışdıqdan sonra istefaya gedən ilk mən olacam”, – DAZN Sarridən sitat gətirib.

Xatırladaq ki, İtaliya çempionatının 13 turundan sonra “Latsio” 17 xal toplayıb və onuncu pillədə qərarlaşıb.

Aut.az

Exit mobile version