AUT.AZ

89 matçda 485 qol vuran bu uşaq A seriyasının tarixinə düşdü

15 yaş 260 günlük olan Françesko Kamarda “Milan”ın heyətində A Seriyasının 13-cü turunun “Fiorentina” ilə görüşündə (1:0) 83-cü dəqiqədə debüt edib və İtaliya liqasında rekorda imza atıb.

“Milan” heyətində hücumameyilli oyunçuların zədələri və diskvalifikasiyaları səbəbindən komandanın baş məşqçisi Stefano Pioli hücumun mərkəzində ancaq Luka Yoviçə arxalana bildi. Elə buna görə də 15 yaşlı Camarda əsas komandaya çağırılıb.

Bundan əvvəl rekord 15 yaş 274 günlükdə “Genoa” ilə matçda meydana çıxan “Bolonya”nın müdafiəçisi Visdom Ameyə məxsus idi.

Yeniyetmələr səviyyəsində Kamarda 89 matçda 485 qol vurub. O, bu yay gənclər komandasından “Milan”ın U-19 komandasına keçib və italyanların heyətində bütün yarışlarda 13 oyun keçirib, yeddi qol və iki məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version