AUT.AZ

18+18 – Xviça A seriyasında yeganə futbolçudur ki…

Noyabrın 25-də A Seriyasının 13-cü turunda “Atalanta” “Napoli”ni qəbul edib. Aut.az xəbər verir ki, qarşılaşma “Napolinin qələbəsi ilə yekunlaşıb – 2:1. Qonaqların qollarından birini Xviça Kvaratsxeliya vurub.

Xviça A Seriyasında son iki mövsümdə bütün yarışlarda ən azı 18 qol vuran və ən azı 18 məhsuldar ötürmə edən yeganə oyunçudur. Bu göstəriciyə görə o, top-5 liqada yer alan klubların oyunçuları arasında yalnız Lionel Messi, Bukayo Saka, Antuan Qrizman, Vinisius Junior və Məhəmməd Salahdan geri qalaraq 6-cı yerdə qərarlaşıb. Bu barədə “Opta” məlumat yayıb.

Aut.az

Exit mobile version