AUT.AZ

“Yuve”yə qayıdış? – İkinci dəfə evlənməyi hamı arzulayır

“Yuventus”un sabiq baş məşqçisi Antonio Konte Turin klubuna qayıtmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb.

“Evlilik həmişə iki tərəfin birliyidir, buna görə də, əlbəttə ki, ikinci dəfə evlənəcəyinizi xəyal və ümid edə bilərsiniz. Belə bir istəyin qarşılıqlı olması vacibdir. Hazırda boş vaxtlarımdan həzz alıram. Biliyimi artırmaq üçün hələ də təhsilimi davam etdirirəm”, – jurnalist Alfredo Pedullanın saytı Kontedən sitat gətirib.

Xatırladaq ki, Konte 2011-2014-cü illərdə “Yuventus”u çalışdırıb. Bu müddətdə italiyalı mütəxəssisin rəhbərliyi altında “qoca sinyora” üç dəfə İtaliya çempionu olub, iki dəfə İtaliya Superkubokunu qazanıb.

Aut.az

Exit mobile version