AUT.AZ

İngilis azarkeşlərə qəzəbləndi: Susun, sakit oturun

Məşhur ser tennisçi Novak Cokoviç Devis Kubokunda keçirilən oyundan sonra britaniyalı azarkeşlərlə mübahisə edib.

Aut.az xəbər verir ki, Cokoviç Kameron Norrie üzərində 6-4, 6-4 hesablı qələbə qazandıqdan sonra kortda müsahibə verəndə britaniyalı fanatlar nağara çalmağa və mahnı oxumağa başladılar.

Novak onlara qışqırıb: “Oyunçulara hörmət etməyi, insanlara hörmət etməyi öyrənin. Susun, sakit oturun”.

Bu hadisədən sonra Cokoviç deyib: “Devis Kuboku matçlarında bəzən azarkeşlər həddi aşırlar və bu normaldır. Ancaq belə anlara qapıldığınız zaman reaksiya qaçılmaz olur. Onlar istədiklərini edə bilərlər, amma mən də buna cavab verəcəm. Danışmaq istəyəndə qəsdən nağara vururdular və ümumiyyətlə, oyun boyu məni tempdən salmağa çalışdılar. Bir az mübahisə etdik”.

Aut.az

Exit mobile version