AUT.AZ

Avropada Xviça mübarizəsi: Bu klub da hərəkətə keçdi

“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya daha bir Avropa nəhənginin hədəfinə düşüb.

Aut.az xəbər verir ki, gürcüstanlı futbolçunun xidmətində “Çelsi” maraqlıdır. Bu barədə ESPN məlumat yayb.

London klubunun məşqçi heyəti 22 yaşlı vingerin komandanın hücum xəttini gücləndirməyə qadir olduğunu düşünür. “Napoli” isə 85 milyon avro dəyəri olan Xviçanı satmaq istəmir.

Bir müddət əvvəl Almaniya mətbuatı Kvaratsxeliyanın “Bayern”in maraq dairəsində olduğu barədə məlumat yayıb.

Qeyd edək ki, gürcü futbolçu bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 15 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.

Exit mobile version