Almaniya

“Bavariya”nın əfsanəsi onun böyük məşqçi olacağını bilirmiş

“Bavariya”nın idarə heyətinin sədri və UEFA İcraiyyə Komitəsinin üzvü Karl-Haynts Rummenigge “Bayer”in baş məşqçisi Xabi Alonso haqqında fikirlərini bölüşüb.

“Onun dəqiq planı var, karyerasını çox sistemli şəkildə qurdu. Xabi doğma klubu “Real Sosyedad”ın gənclər komandasının oyunçusu olub, sonra ikinci komandada çıxış edib. O, bilərəkdən məşqçilik peşəsini sıfırdan öyrənmək üçün vaxt ayırdı. Bundan sonra onun böyük məşqçi olacağını anladım. “Bayer böyük hörmətə layiqdir, onlar çox cəlbedici futbol oynayırlar”, – Rummenigge deyib.

Bundesliqada 11 turundan sonra “Bayer” “Bavariya”nı 2 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsindədir. Xabi Alonso 2014-2017-ci illərdə Münhen klubunda çıxış edib.

Aut.az