Tennis

Görün karyerası boyu neçə milyon qazanıb

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin ümumi qazancı açıqlanıb.

Aut.az xəbər verir ki, son olaraq Turində keçirilən ATP turnirində qalibi olan 24 qat Böyük Dəbilqə çempionu bu uğura görə 4,4 milyon dollar qazanıb, Bu barədə “ATP Tour” məlumat yayıb.

Bununla da, onun 2023-cü ildəki yarışlardan gəlirləri 16 milyon dollara çatıb. Novakın karyerası boyunca qazandığı məbləğ isə 180,6 milyon dollar təşkil edir. Cokoviç bu göstərici üzrə rekordçudur.