AUT.AZ

Emin Mahmudovun şok yazışması yayıldı – FOTOFAKT

Futbol üzrə milli komandamızın sabiq üzvü Ruslan Abışov maraqlı paylaşım edib.

Aut.az xəbər verir ki, veteran futbolçu Avro-2024-ün İsveçlə oyunun gedişində yığmanın kapitanı Emin Mahmudovla yazışmasını sosial şəbəkə hesabında paylaşıb. Abışov görüşdən əvvəl Eminə “bu gün qol vuracaqsan” mesajını yazıb və “İnanmıram ki, biz onların qapısını görək, amma inşallah” cavabını alıb.

Mahmudov görüşdə dublunu rəsmiləşdirdikdən sonra Abışov dostu ilə danışıqlarını paylaşmaq qərarına gəlib. Bu yazışma böyük marağa səbəb olub.

Exit mobile version